URAN x Dihaj - Gecələrimdə Axtarıram (Official Lyrics Video) | 2021

URAN-nın YENİ PARÇASI onlayndır https://backl.ink/146395055 "UranFM vol.1" EP albomu artıq onlayndır: https://backl.ink/145969210 URAN-a YouTube-da abunə ol: https://mikpro.az/uranyt Record / Səsyazma: ANBAR & mikpro Music produced b .
- Gecələrimdə axtarıram feat DiHaj

(nəqarət)

Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun.

verse #1

Yuxum çəkilib ərşə
Kimsə düşərdi təşvişə,
Görsəydi ki, bu işə
Neçə kabus qoyub əl.

Neçə mahmız vurub at çapıb dörd nal,
Çarpaz qoyub xətt!
Necə göz yumub, çap edib dörd bar
Yenə qapaz vurub bəxt.

Suallar dolu qaranlıq yolu, sükutu pozan xəyallar,
Narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar.
Saxta qayğıdan bezib, hə?! İnsan tək yaşar əzmlə?!
Gündə bir dəfə sevirəm eşitməsən gün gələr gözündən!

Yaxın adamlar sayar salamat qalan gününə salavat
Həyat bir sapand kimi. Hesabat günü uzanıb salamat
Yataq isidir, fikir quyudur. Qələm hirsimi soyudur.
Gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı...ax!

Həyat endşpilində şah, amma heç bilinmir tam
Çün` qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng,
Vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm,
Gəl ruhlarla dərdləşək bu axşam...Yox əşi.

(nəqarət)

Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun.

verse #2

Oyun - gedişat. Məğlub - pərişan.
Qalib - tərif, şan. Ulduz - sayrışan.
Pul var, hamı şad,
Amma bil ki, o da olmur həmişə.
Vəzifə - eyni şey
Eyni sürücü, fərqli sərnişin.

Rep vərdişim. Rep döyüşüm. Rep qayıdışım. Rep dönüşüm.
Göydən düşmə bəndlər dərd işim,
Edib otaqda gərdişi,
Beyin bağına dən düşər,
Verər bar toxum, zərnişan
Ağac, ya parazit sarmaşıq.
Sanki var zibil, amma yox qaşıq.
Həyat səninlə mırtlaşır.

Bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq
Mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım.
Yazım maksimum əgər təbim gəlirsə. Hərbi əlbisə,
O vaxt əynimdə ikən yazan əlim indi həmin əldirsə.

Yollar gizlin həndəsə,
Tavan - xəttlər həmləsi.
Zaman tələsi, addımbaşı cələsi
Xoşuna gələsi, başına gəlməsə o kəsin.
Məni anla, almıram tənəsin,
Süzüb Hennessy, sözlə yumub çənəsin,
Boş nərəsi təbəqələşir,
İlişir, düşünür təqaüddə şir.

Hey, mənim qərdeşim,
Gördüm adamlar mərd, əşi
Üzünü yusun mürdəşir mərdmazarın
O da bir dərd, əşi.
Dərd yazarı etməyib ev-eşik
Rep bazarı - bacaran döyüşür,
İntizara, enişə öyrəşib,
Yox azarın təftişi, məftun oldum səhv işə.
Yox, əşi!

(nəqarət)

Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun.
Więcej macie na tej stronie Obróbka skrawaniem ja bym się z tym zgodził. - 🚀🚀
- Kral bu necə rhyme, bu necə flowdu möhtəşəmsən.
- Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun - oğrun
- dinlemeden like edenler
- Heyqeten super. 👍
- URAN REP MEŞELERİNİN QORXMAZ CANAVARI .
- 40.000✌️🔥
- Çox böyük respect ustad. Sən dahisən. 👍🏻
- Teze ekrana cixanda demiwdin qerb repini getirmek isteyirem Azerbaycana.. Tebrik edirem arzuna catmiw sayiriq seni.
- Damian Marleyin Patience
- UĞURLAR USTAD .
- 💫
- 😪
- Bəzi millətin kütlənin zövqü yoxdu
- Ne bilim eee
- Sözder başdan eyaqa əsl sozdu
- Sozdere baxın
- Rep bele olar
- Bax bu repdi axi